"Naço deyib ki, bizə mümkün qədər çox qol vuracaqlar?" -Mamardaşvilidən ironik cavab

"Naço deyib ki, bizə mümkün qədər çox qol vuracaqlar?" -Mamardaşvilidən ironik cavab

Gürcüstan millisinin qapıçısı Georgi Mamardaşvili Almaniyada təşkil edilən Avropa çempionatının 1/8 final mərhələsində İspaniyaya qarşı keçirəcəkləri oyun ərəfəsində fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, "Marca" onun sözlərini belə çatdırıb:

"İspaniya hücumlar təşkil edəcək. Bizim işimiz isə səhvlərə yol verməmək və hücumda xəttimizin keyfiyyətindən faydalanmaqdır.

Naço deyib ki, bizə mümkün qədər çox qol vuracaqlar? Mən ona uğurlar arzulayıram".

Qeyd edək ki, iyunun 30-da keçiriləcək İspaniya - Gürcüstan oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər