"Məni ancaq 5:0 hesablı qələbə qane edəcək" - Qriqorçuk

"Məni ancaq 5:0 hesablı qələbə qane edəcək" - Qriqorçuk

“Başa düşürük ki, Avropa miqyasında adi bir komandayıq. Bu üzdən bizim üçün də istənilən komanda ciddi rəqibdir. “Panatinaikos” böyük ada malik komandadır, brenddir. Sevinirik ki, belə komanda ilə qarşılaşacağıq. Bu görüşlər bizim üçün müəyyən hadisədir. İlk matçın harada keçirilməsini nə müsbət, nə də mənfi məqam sayıram. Prinsipcə bunun əhəmiyyəti də yoxdur”. Fanat.Az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə “Panatinaikos”la qarşılaşacaq “qırmızı-qaralar”ın ukraynalı çalışdırıcısı oyunla bağlı fikirlərini açıqlayıb.

 

O, 5:0 hesablı qələbədən məmnun olacağını deyib: “Bizim iki il əvvəlki uğurumuza gəldikdə isə, bunun bugünkü oyuna heç bir aidiyyatı yoxdur. Komandam tamamilə yenilənib. Sabahkı matça necə çıxacağımız mənə də maraqlıdır. Ancaq rəqibi çox yaxşı tanıyırıq. Yetəri qədər informasiyamız var. Bilirik ki, iki il əvvələ baxanda “Panatianikos”da ciddi dəyişikliklər olub. Hətta komandaya yeni gəlmiş oyunçular haqqında da məlumat əldə etməyə çalışdıq. Bu qarşılaşmada məni ancaq 5:0 hesablı qələbə qane edəcək”.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər