"Çelsi"nin baş məşqçisi Entso Mareska komandanın ukraynalı vingeri Mixail Mudrikin oyun praktikasından əziyyət çəkməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano onun sözlərini şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Məncə, bu, özünəinam çatışmazlığı deyil. Hər şeyi olduğu kimi qəbul etmək lazımdır. Ümid edirəm ki, Mudrik meydana çıxa və daha yaxşı oynaya biləcək".
Xatırladaq ki, Mudrik "Çelsi"yə 2023-cü ilin yanvarında, 70 milyon avro qarşılığında Donetsk "Şaxtyor"undan transfer olunub. Onun "zadəganlar"la müqaviləsinin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Mixailin transfer qiymətini 35 milyon avro ilə dəyərləndirir.
Nihat