Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçrilib. Fanat.Az xəbər verir ki, "Lion" ötən gün "Ayaks"ı qəbul edib.
İlk oyunda 4:1 hesablı qələbə qazanan hollandlar cütün taleyini demək olar ki, hətt etmişdi. 27-ci dəqiqədə Kasper Dolberqun qoluna sevinən "Ayaks" "Lion"un bütün ümidlərini öldürüb. Bundan sonra fransızlar finala çıxmaq üçün ən azı 5 qol vurmalı idi. Təslim olmayan "Lion" 3 dəfə fərqlənsə də, lazım olan 2 qolu vura bilməyib. Fransa klubunun heyətində Aleksandre Lakazette dubl edib, Raşid Qezzal birqol vurub.
Fanat.Az