"Layiq olduğumuz nəticəni qazandıq" - Sergey Yakiroviç

"Layiq olduğumuz nəticəni qazandıq" - Sergey Yakiroviç

Zaqreb "Dinamo"sunun baş məşqçisi Sergey Yakiroviç "Qarabağ"a qarşı Bakıda keçirdikləri oyundan -  UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasından sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, komandasının 2:0 hesablı qələbəsini belə dəyərləndirib:

"Komandamı təbrik edirəm. "Qarabağ"ı yaxşı təhlil etdiyimizə görə, uğurlu nəticə qazandıq. Müdafiədə etibarlı oyun sərgilədik. Keyfiyyətli oyun göstərdiyimizi deyə bilərəm. Əlbəttə, çatışmayan cəhətlər də var idi. Bununla belə, ümumilikdə yaxşı çıxışla yadda qaldıq. Futbolçularıma təşəkkür edirəm. Düzgün oynadıq və layiq olduğumuz nəticəni qazandıq".

Qeyd edək ki, Zaqrebdə keçirilən ilk matçda "Dinamo" təmsilçimizi 3:0 hesabı ilə yenmişdi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər