"Kevinin müsahibəsindən sonra hər şey bir qədər də çətinləşib"

"Kevinin müsahibəsindən sonra hər şey bir qədər də çətinləşib"

Belçika millisinin sabiq üzvü Tobi Alderveyreld yığmanın kapitanı Kevin De Bröyneni Millətlər Liqasının 2-ci turunda Fransadan aldıqları məğlubiyyətdən (0:2) sonra komanda yoldaşlarından narazılıq etdiyinə görə qınayıb.

Fanat.Az xəbər verir ki, "RMC Sport" onun sözlərini belə çatdırıb:

"Kapitan həmişə komanda yoldaşlarını müdafiə etməlidir. Hə, paltardəyişmə otağında tənqid yerinə düşə bilər, amma indiki durumda "qırmızı şeytanlar"ın oyunçuları çətin duruma düşüblər. Biz bu vəziyyətdən çıxmalıyıq. Kevinin müsahibəsindən sonra hər şey bir qədər də çətinləşib".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər