"Arxayınlaşmamışıq. Bizi çətin səfər oyunu gözləyirsə, arxayınlıqdan söhbət gedə bilməz". Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın və yarımmüdafiəçisi Riçard Almeyda deyib.
Azərbaycan yığmasının "milliləşdirilmiş" braziliyalısı Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Kopenhagen" üzərində qazanılan 1:0 hesablı qələbədən sonra jurnalistlərə açıqlama verib: "Rəqibdən aşkar üstün olduğumuzu deyə bilmərəm. Hər komandanın öz oyun üslubu var. Bizim oyun tərzimiz onlarınkından fərqlidi. Qələbə qazandıq, önəmli addım atdıq. Amma hələ işin yarısını görmüşük. Diqqətimizi cavab oyununa yönəltməliyik. İkinci görüş daha şətin alınacaq".
Fanat.Az