"İndi yaxşı formadayam" - millimizin üzvü

"İndi yaxşı formadayam" - millimizin üzvü

Rauf Əliyev Qətərlə oyunla bağlı fikirlərini bildirib. Fanat.Az xəbər verir ki, millimizin üzvü 2:1 hesablı qələbəni şərh edib:

"Hər iki komandanın qol vurmaq şansları oldu. Almaniya ilə vacib oyunöncəsi bizim üçün yaxşı hazırlıq matçı oldu. Qələbə qazandığımız üçün sevincliyik. Hər oyundan qələbə ilə ayrılmaq istəyirik. Uzun fasilədən sonra yenidən milliyə dəvət aldım, ikinci hissədə oynamaq imkanı qazandım. Hər oyunda olduğu kimi, Qətər yığması ilə matçda da əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Hazırda yaxşı formadayam. Çempionat oyunlarında var gücümlə çalışırıram ki, milli komandaya dəvət alım".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər