"İndi paxıl adamlar çoxdu"- Mourinyo özündən çıxdı

"İndi paxıl adamlar çoxdu"- Mourinyo özündən çıxdı

Joze Mourinyo Pol Poqbaya yönələn tənqidlərə münasibət bildirib. Fanat.Az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Mançester Yunayted”in portəgiz çalışdırıcısı onun istəyiylə “Yuventus”dan 105 milyon avroya transfer olunan yarımmüdafiəçinin müdafiəsinə qalxıb:

 

“Təəssüf ki, dünyada insani dəyərlər itir. İndi paxıl adamlar çoxdu. Başqalarının almadığı qədər maaş almaq, diqqət mərkəzində olmaq Polun günahı deyil. Poqba və onu futbolçu olmaq yönündə dəstəkləyən ailəsinə hörmət etmək lazımdı. Pol hər şeyə özü nail olub. Paxıllıqdan ağzına gələni danışanlara görə üzgünəm. Həm də yerli-yersiz tənqidlərə məhəl qoymayan Poqbadan razıyam”.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər