34 yaşlı ispan yarımmüdafiəçi Fran Merida futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Marca" yayıb.
Vaxtilə "Barselona"nın akademiyasının mirvarisi və "ikinci Sesk Fabreqas" adlandırılan, onun yolu ilə London "Arsenal"ına keçən oyunçu Merida yayan azad agent idi. Lakin o, yeni klub tapa bilməyib, nəticədə karyerasını bitirmək qərarına gəlib.
İspan futbolçu "Arsenal"ın heyətində cəmi 16 rəsmi oyun keçirib (2 qol, 2 məhsuldar ötürmə). O, həmçinin "Real Sosyedad", "Atletiko Madrid", "Braqa", "Herkules", "Atletiko Paranaense", "Hueska", "Osasuna", "Espanyol", "Tianjin" və "Luqo" klublarında da çıxış edib.
Mirağa