"Heyəti dəyişmək lazımdı" - Zaur Svanadze

"Heyəti dəyişmək lazımdı" - Zaur Svanadze

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Qarabağ"ı qəbul edən "İnter" rəqibinə 0:4 hesabı ilə məğlub olub. Fanat.az xəbər verir ki, qarşılaşmadan sonra "bankirlər"in çalışdırıcısı Zaur Svanadze məğlubiyyəti şərh edib:

"0:4 hesablı məğlubiyyətdən sonra danışmaq çətindi. İkinci qoldan sonra komanda qol imkanları yaratdı. Bundan sonra komandamız meydanda görünmürdü. Bundan sonra çempionat oyunlarına hazırlaşmaq lazımdı".

- "Qarabağ"a buna qədər minimal hesabla uduzmuşduz. Bu dəfə isə fərqli hesab oldu. Bunun səbəbi nədən irəli gəlir?

- Səbəbi dəqiq deyə bilmərəm. Rəqibin öz təzyiqi də sözünü dedi. Bəzi futbolçular üçün mövsüm başa çatıb. Zədəli oyunçularımız da var. Heyəti dəyişmək lazımdı.

- Meydana ikinci hücumçunu buraxılan 4-cü qoldan sonra buraxdığınız...

- Sadəcə, gənc futbolçuya şans vermək istədim.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər