“Kanal 13” vasitəsiylə yayımlanan “Topçu”nun növbəti sayı izləyicilərin ixtiyarına verilib. Nihat Ağasoyun layihəsi olan proqramın budəfəki qonaqları “Rekord.az” saytının redaktoru Anar Xanlarov və “Futbol11.az” saytının əməkdaşı Emin Səfərov olub.
Qonaqlar FİFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş ənənəvi turnirdə ötənilkindən zəif nəticə göstərən U-19 və karvansaray qapısını xatırladan U-21 millilərimizi müzakirə edib. Təbriz Həsənovla Yaşar Vahabzadənin yarıtmaz fəaliyyəti və onlara himayədarlıq edən AFFA-nın alternativ variantları gözdən keçirməməsi “qamçılanıb”. Eləcə də qış fasiləsindən sonrakı Premyer Liqa oyunları haqda proqnozlar səsləndirib.
Fanat.Az