"Hamı qalmaq niyyətindədi, mən də həmçinin" - Zaur Svanadze

"Hamı qalmaq niyyətindədi, mən də həmçinin" - Zaur Svanadze

"Mövsümün ilk yarısınının yekunundan razıyam. Hesab edirəm ki, 2-ci yer komandamız üçün uğurlu nəticədi. Qarşıda 2 həftəlik məzuniyyət var. Sonra Türkiyəyə getməyi planlaşdırırıq". Fanat.az хəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"la oyundan (2:0) sonra "İnter"in baş məşqçisi Zaur Svanadze deyib.

Məlum olduğu kimi yayda əksər futbolçularla qışadək müqavilə imzalanıb. Bu səbəbdən onların bir çoхu qışda komandadan gedə bilər. Baş məşqçi "18-20 futbolçunun birdən-birə komandadan ayrılmaq ehtimalı sizi qorxutmur" sualına belə cavab verib: "Ola bilər bir neçə oyunçuyla ayrılaq. Amma düşünmürəm ki, kütləvi şəkildə futbolçular bizdən ayrılsın. Rəhbərliklə gələcək barədə söhbətimiz olub. Yaxın 2-3 gündə bu barədə sizə də məlumat veriləcək".

Svanadze komandanı tərk etmək niyyətində olmadığını bildirib: "Etiraf edim ki, bütün komanda qalmaq niyyətindədi. Elə mən də həmçinin".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər