"Gücüm yetdiyi qədər oynayacam"- AÇIQLAMA

"Gücüm yetdiyi qədər oynayacam"- AÇIQLAMA

“Əlbəttə, pul futbolda xüsusi önəm daşıyır. Amma mən karyeramı futbolu sevdiyimə görə bitirmirəm”. Bu sözləri Fanat.Az-a açıqlamasında AZAL-ın 35 yaşlı yarımmüdafiəçisi Rəşad Abdullayev deyib.

Yarımmüdafiəçi bu idman növündən doymadığını deyib: “Ayaqlarımın “dartmadığını” hiss etsəm, oynamaram. Şükür Allaha ki, belə bir şey yoxdu. Meydana çıxanda gənclik illərinin arxada qaldığını hiss etmirəm. Bir müddət futboldan kənarda qaldım. Həmin vaxtlarda futbol haqda daha çox fikirləşirdim. Darıxırdım, özümə yer tapa bilmirdim. Yenidən oynamaq qərarına gəldim”.

Abdullayev özünü başqa sahələrdə görmədiyini vurğulayıb: “Futboldan başqa bütün işlər mənə darıxdırıcı gəlir. Özümü başqa sahələrdə görmürəm. Gücüm yetdiyi qədər oynayacam. Sonra da məşqçilik kurslarına qatılacam”.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər