"Qarabağ"ın və Albaniya yığmasının müdafiəçisi Ansi Aqolli "AVRO-2016"da Fransaya qarşı keçirdikləri oyunu şərh edib. Fanat.az xəbər verir ki, o, 0:2 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
"Fransa ilə oyunun ilk hissəsini yaxşı keçirdik. İkinci hissədə isə bir qədər daha sərt olmalı idik. Bu görüşdə uduzduğumuz üçün çox məyusam. Son dəqiqələrdə qollar buraxdıq. Artıq Rumıniya ilə həlledici oyuna hazırlaşmalıyıq. Bu görüşdə üç xal qazanmağa çalışacağıq".
Fanat.az