"Fənərbaxça"nın "məbəd"ini partlatmaq istədilər

"Fənərbaxça"nın "məbəd"ini partlatmaq istədilər

"Fənərbaxça"nın ev oyunlarını keçirdiyi "Şükrü Saracoğlu" stadionu terrorçuların hədəfinə çevrilib. Fanat.Az xəbər verir ki, arenanı partlatmaq istəyən 3 terrorçu həbs olunub. 

Məlumata görə, ornlar "Kasımpaşa"nın ev oyunlarını keçirdiyi "Recep Tayyip Erdoğan" stadionunda da kəşfiyyat aparıb. Məqsəd oyun günü partlayış törədərək çox sayda insanı öldürmək olub.

Terrorçuların qaldığı evdə axtarış aparan təhlükəsizlik qüvvələri Kalaşnikov avtomatı və raket başlığı tapıb. Onların İstanbulun bir sıra səmtlərində terror hazırlığında olduqları bildirilir.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər