"Ən yaxşı oyunlarımızdan birini keçirdik" - Komandası 1:5 hesabı ilə uduzan məşqçi

"Ən yaxşı oyunlarımızdan birini keçirdik" - Komandası 1:5 hesabı ilə uduzan məşqçi

"Vest Hem"in baş məşqçisi Xulen Lopeteqi İngiltərə Liqa Kubokunun 3-cü mərhələsində "Liverpul"dan aldıqları məğlubiyyəti (1:5) şərh edib.

Fanat.Az xəbər verir ki, "çəkicdöyənlər"in rəsmi saytı onun sözlərini belə çatdırıb:

"Ən yaxşı oyunlarımızdan birini keçirdik. Amma yalnız hesaba baxsan, belə düşünməzsən. Məğlubiyyətə layiq deyildik. Çox sayda qol vəziyyətlərimiz oldu. Təəssüf ki, yetərincə şans yaxalasaq da, onları qola çevirə bilmədik. Biz azlıqda qalandan sonra vəziyyət çətinləşdi. Hərdən belə də olur. İngiltərə Liqa Kubokunda mübarizəni dayandırdıq. İndi daha vacib turnirə - Premyer Liqaya köklənməliyik".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər