"Əlincə Arena"da "İstefa" şüarı: stadionda partlayış səsləri

"Əlincə Arena"da "İstefa" şüarı: stadionda partlayış səsləri

"Neftçi" Premyer Liqanın IV turunda "Qəbələ"ni qəbul edir. Fanat.Az xəbər verir ki, uğursuzluğu davam etdirən paytaxt klubu ilk 16 dəqiqədə  qol buraxıb.

Mövsümün əvvəlindən komandanı boykot edən fan-klublardan yalnız “Forza Neftçi” stadiona gəlib. Onlar isə qarşılaşmanın ilk dəqiqələrindən "İstefa", "formanı çıxardın, rədd olun, gedin”, “Vəli, istefa”, "Şura istefa, rədd olub çıxın gedin" şüarları səsləndirirlər.

Bu arada 3-cü qol buraxıldıqdan sonra etiraz əlaməti olaraq “petardalar” və fişənglər partladıb. Partlayışlar yüksək gurultu ilə müşahidə olunub.

Fanan.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər