Dostlar yenə çayxanadaydı. Uzun Səfərin ağzını sürüyə-sürüyə danışması, qənddanı hər dəfə çayı verəndən sonra axtarması qaqaları təngə gətirdiyindən bu dəfə Mıdının obyektinə yollanmışdılar.
- Görürsən, qaqa, saa deyirəm Mıdının çayı onunkunnan zordu, dirəşirsən...
- Ə, ma fərqi yoxdu, qaqa. İksinin də çayı eynidi. Amma özdəri bir bezin qırağıdı. Saa bura əl verirsə, bura gələh ta. Mıdı guya 100 maatdıx indiyski çay dəmliyir? Kraskadı dana, doldur qarnına...
- Xəbərin oldu dana, bizim futbolçu “Barselona”da qol vurdu.
- Ardanı deyirsən?
- Yox. Mansurovu. Arda sənindi ki...
- “Barselona” olmaz, əməlli fikirrəş. “Barsa”da yoxdu axı heylə adam.
- Mahmudov e, Mahmudov. Tova şey çəhməhdən beyin də quruyuf. O rusdardan pulnan aldığımızı deyirəm dana. Yığmada mandraja düşən gədəni...
- Ə sapandbaş, olar “Boavişta”da oynuyur. Sən də ölərsən dana, bir dəfə də hinduşkaynan tumbuşkanı qarışdırmasan.
- Səhər Dördgöz Ramalnan “Topaz”daydım. Deyir, qolu vurannan sora qaçıf qapıçının üstünə. Kamran ağlıyırmış. Helə şey oluf, mən ölüm?
- Yox, məzələnir sənnən.
- Deyir, Kamran atasınnan ötrü ağlıyırmış. Bu da qolu vuranda yüürüf üstünə, sakitdəşdirif. Qucağlıyıfdı boynun. O da ağlıya-ağlıya deyif ki, papama dəəjəm məni bu xaravadan qurtarsııııın... Bir də getmiyəjəm heç hara, papaaaa... Evlənməh istiyirəm, zad.
- Baxmamışam. Amma inanıram,qaqa. Kamran eliyər. Azərbaycannı döyül? Eliyər dana. Başqa yerin oyunçusu olsa, inanmazdım. Amma bizimkilər var ha, elə 90 faizi Kamran kimi papasınnan ötrü darıxır. Ona görə də bizdə futbol olmuyajax!
- Niyə ölmür ə o? Ə, boynuna bir kəndiri niyə salmır. Gedəjəm stadiona, qapıda duranda məzələnəjəm onnan, sən öl. Atacan, ataaaaa, məni də yol çəkməyə apar ata-a-a-a!!!
- Ayəəə, ə nooluf saa? Kayfdasan? Camaat indi duruf çayniki başına geyindirəjəh. Kəndinə gəl, ə. Görəndə, qaçıf avtoqraf alassan. Nə yalandan xoruzdanırsan?
- Seyid Lazım Ağanın cəddi haqqı, pulsuzduxdandı. Adam həm də əsəbləşir dana. Ürəyimi boşaldıram. Bu oyunsatannarın axrı nətər oldu? Tafdılar?
- Ə bekara söhbətdi. Gözdən pərdə asıllar. Elxan Məmmədof axırda 5-10 brodyaqanı öyrədəjəh deyəjəh, guya siz eləmisiniz hamısın, boynunuza alın, onsuz da futbolçu olan döyülsüz. Min maatı üst-üstə görməyən yetimin hərəsinə 5 min, fso! Olar da razı, bular da. Araşdırma zad, hamısı dılğır söpətdi.
- Hə, sən öl. Onsuz da UEFA nə bilir hansı ağzıqara gədə nə vaxt, nəyi nətər eliyifdi. Düz deyirsen. Əsas adam sayı düz gəlsin, fso.
- Hə, bax heylə, fso! Çayını iç, ikinci çaynikə pul yoxdu. Sooyajağ indi. Sonra zırıldıyassan ki, köpürəm.
Fanat.az