"Deyəsən, xalqımız ulduzları çox sevir" - Azad Rəhimov

"Deyəsən, xalqımız ulduzları çox sevir" - Azad Rəhimov

"Deyəsən, xalqımız ulduzları çox sevir. Ancaq belə suallar verirsiniz". Bunu gənclər və idman naziri Azad Rəhimov "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarının Açılış Mərasimində əcnəbi müğənnilərin mümkün iştirakı barədə sualı cavablandırarkən deyib.

O bildirib ki, mayın 12-də keçiriləcək mərasimdə hər hansı yerli və xarici ulduz olmayacaq: "Bu, elə səpkidə şoudur ki, orada oxumaq olmayacaq. Amma Bağlanış Mərasimində yerli ulduzlar ola bilər".

Nazir müğənni Ledi Qaqaya "Bakı 2015" I Avropa Oyunlarının Açılış Mərasimində 1 milyon dollar verildiyinə dair fikirlərə də münasibət bildirib: "Həmin ulduzların müqavilələrində qeyd olunur ki, məbləğ açıqlanmır. Ledi Qaqanın qonorarını açıqlaya bilmərəm. Kommersiya sirridir. Qiyməti 30 minə qədər olan müğənnilər Bakıya gələ bilər".

Azad Rəhimov "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarına qatılmaq imkanı olmayan ölkələrə ediləcək yardım barədə açıqlama verib. Oyunların Əməliyyat Komitəsinin icraçı direktoru nəqliyyat və qidalanma xərclərində güzəştlərin mümkünlüyünü dilə gətirib. 

O bildirib ki, müqaviləyə əsasən, Azərbaycan Oyunlarda iştirak edəcək ölkələrin səfər xərclərini ödəməyəcək: "Qidalanmaya gəldikdə, iştirakçı idmançıların hər biri üçün onun ölkəsi 50 dollar ödəməlidir. İmkanı olmayanların nəqliyyat xərcini ödəməyə və qidalanmada güzəşt edə bilərik". (Report)

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər