"Desəm ki, qırmızı vərəqə yox idi..." - Elmar Baxşıyev

"Desəm ki, qırmızı vərəqə yox idi..." - Elmar Baxşıyev

Misli Premyer Liqasının 7-ci turunda "Turan Tovuz"un qonağı olan "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, 44 yaşlı mütəxəssis belə danışıb:  

"Maraqlı oyun alındı. Hər iki komanda öz oyun üslubunu göstərməyə çalışırdı. Komandamı təbrik edirəm. Amma yenə də inkişaf edə bilərik. Komandanın yaxşı potensialı var. Özünəinam artdıqca daha yaxşı oynayacağıq.

Burada oynamaq hər futbolçuya zövq verir. Oyunçularım təzyiqi hiss etmədilər, onlar təcrübəlidir. Meydanda yaxşı iş gördülər.

Roderik Millerin zədələndiyi epizodu izləməmişəm. Desəm ki, qırmızı vərəqə yox idi və ya var idi, düzgün olmaz. 

"Turan Tovuz"a ilk məğlubiyyəti yaşatmaq haqda düşünmürdük. Öz oyunumuzu oynayıb qələbə qazanmaq istəyirdik".

Nihat

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər