"DÇ-2018"in Afrika zonası üzrə seçmə mərhələsinin CAR - Seneqal qarşılaşması hakim ədalətsizliyi ilə əlaqədar yenidən oynanılacaq. Fanat.Az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.Görüş 2016-cı ilin noyabrında CAR-ın Polokvan şəhərində keçirilib və meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Baş hakim Cozef Lempti matçın nəticəsinə təsir etdiyi üçün bu ilin martında FİFA-nın qərarı ilə ömürlük diskvalifikasiya edilib. Komandalar ikinci dəfə noyabrda üz-üzə gələcək. Dəqiq tarix sentyabrın 14-də FİFA-nın xüsusi iclasında açıqlanacaq. Seneqal və CAR D qrupunda Burkina-Faso və Kabo-Verde yığmaları ilə birgə yer alıb. Dörd turdan sonra seneqallılar 3-cü, CAR isə 4-cü pillədə qərarlaşıb. Dünya çempionatında iştirak hüququnu ilk 2 yerin sahibləri əldə edəcəklər. Qeyd edək ki, "Qarabağ"ın cənubi afrikalı legioneri Dini Ndlovu nəticəsi ləğv olunan oyunda iştirak etməyib. Fanat.Az
"DÇ-2018"in seçmə mərhələ oyunu təkrar keçiriləcək - VİDEO
TREND
Tv Afişa
10:47
18.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Futbol
12:05
20.10.2026
Şahin Diniyev "Sabah" - "Borussiya" matçına proqnozunu açıqladı
Azərbaycan futbolu
15:10
21.10.2026
Nəriman "Qarabağ"a qayıtmaq istəyirmi? - Özü cavabladı
Tv Afişa
09:51
23.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA