"Canerə üz vermədim, gedib Şükranla evləndi" - Şok sözlər

"Canerə üz vermədim, gedib Şükranla evləndi" - Şok sözlər

"Best Model Of Turkey 2013"də "Best Swinsuit" və 2014-cü ildə keçrilən "Miss Freedom Of Turkey" yarışmasında birinci olan olan Tuğçe Aral maraqlı müsahibə verib. Fanat.Az fanatik "Qalatasaray" azarkeşi olan gözəlçənin müsahibəsini təqdim edir: 

- Çempion kim olacaq?

- "Qalatasaray".

- Ən sevdiyin futbolçu kimdi?

- "Qalatasaray"lıyam. Futbolçularımızın hamısı şirin və nur üzlü olduğu üçün hamısını demək istərdim. Amma bir var ki... Onun adı Sneyderdi...

- Türkiyənin ən yaraşıqlı futbolçusu kimdi?

- Burak Yılmaz. Niyə təəccübləndin? Arda Turanmı deməliydim? Adamın fiziki quruluşu superdi.

- Burak Yılmazla birlikdə olsan və səni Çinə aparmaq istəsə, gedərsən?

- Gedərəm.

- Dünyada ən yaraşıqlı futbolçu kimdi?

- Neymar.

- Futbolçu olsaydın, müdafiədə kimi dayandırmaq istəyərdin?

- Tutaq ki, "Qalatasaray"ın müdafiəçisiyəm və "Beşiktaş"a qarşı oynayırıq. Dəqiq Kuareşmanı dayandırmaq istəyərdim.

- Niyə Kuareşma, amma Cenk Tosun deyil?

- Cenk Tosun dedin, yadıma bir şey düşdü. Nəysə... (Bu yerdə jurnalist Cenkin evli olduğunu xatırladır) Cenk evləndimi? O zaman susuram.

- İdman camiəsindən özəl mesaj almısanmı?

- Caner Erkin və Emre Çolakdan almışam. Caner Asenadan rəsmi olaraq boşanmadan mənə yazmışdı. Gecə saat 2-də "Instagram"dan mesaj göndərdi. Üz vermədim, gedib Şükranla (aktrisa Şükran Ovalı evləndi). Emre Çolak da tez-tez yazır. Qəhvə içməyə çağırır. Amma mən istəmirəm.

- Ronaldo, yoxsa Messi?

- Ronaldo. Messi çox çirkindi.

- Qadın gözləri ilə baxanda, Ronaldonun qarın əzələləri, yoxsa, Roberto Karlosun ayaq əzələləri cəlbedicidi?

- Ronaldonun qarın əzələləri. Karlosu ayaq əzələləri gülməli görünür.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər