"İlk hissədə yaxşı oynasaq da, ikinci hissədə öz oyunumuzu itirdik. Keçən il oyuna necə başlayırdıqsa, elə də davam edirdik". Fanat.Az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov deyib.
Topaz Premyer Liqasının 4-cü turunda "Neftçi"ni qəbul edən "kimyaçılar" 3 xala sevinib. Yetirmələrinin bir qolla qazandığı qələbəyə şərh verən çalışdırıcı iradlarını da açıqlayıb:
"Bu problemləri aradan qaldırmaq üçün bizə çox vaxt lazımdır. Şanslarımız olsa da, dəyərləndirə bilmirik. İnanıram ki, hansısa oyunda “partlayacağıq”. Bu gün oyuna çox sürətli başladıq, bəlkə də qol vurmaq üçün tələsdik. Məşqdə etdiklərimizi həyata keçirsəydik, böyükhesablı qələbə qazana bilərdik".
Fanat.Az