İslamiadanın 10-cu günündə futbol yarışlarının bürünc mükafatçısının kimliyinə aydınlıq gəlib. Fanat.Az xəbər verir ki, A qrupunda yığmamızla bərabərə qalan (0:0) Kamerun və yarımfinalda təmsilçimizə 2:0 hesabıyla uduzan Əlcəzair münasibətlərinə aydınlıq gətirib.
Daha məntiqli hücumlar quran, taktiki cəhətdən rəqibindən hazırlıqlı görünən şimali afrikalılar ikinci yarıda 2 qol vuraraq bürünc medallara sahib çıxıb.
Qeyd edək ki, final oyunu bu gün 21:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Həlledici matçda Azərbaycan və Oman milliləri qarşılaşacaq.
IV İslam Həmrəyliyi Oyunları
Futbol
Bürünc medallar uğrunda oyun
Əlcəzair – Kamerun - 2:0
Qollar: Ahmed Qaqa, 55, Abderrahim Hamra, 63
Tofiq Bəhramov adına Respublika Stadionu
Fanat.Az