"Bursaspor" millimizin üzvünü əfv etdi

"Bursaspor" millimizin üzvünü əfv etdi

Bu gün "Bursaspor" rəhbərliyi ilə baş məşqçi Mustafa Topçu arasında görüş baş tutub. Fanat.Az xəbər verir ki, görüşdə "Kayserispor"la oyundan sonra heyətdən kənarlaşdırılan futbolçularla bağlı müzakirələr aparılıb.

Müzakirələrin nəticəsi olaraq Dəniz Yılmazla Sərcan Yıldırımın əfv edilməsinə və heyətə qaytarılmasına qərar verilib. Hər iki futbolçu bu gün komanda ilə birlikdə məşq edib.

Qeyd edək ki, millimizin üzvü Dəniz Yılmaz "Kayserispor"la oyunda rəqibinə qarşı kobudluq edərək qırmızı vərəqə almış və azarkeşlərin sərt etirazı ilə üzləşmişdi.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər