"Bura xal qazanmaq üçün gəlmişik" - Əfran İsmayılov

"Bura xal qazanmaq üçün gəlmişik" - Əfran İsmayılov

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ikinci turunda sabah İtaliyanın “Fiorentina” klubunun qonağı olacaq. Fanat.Az xəbər verir ki, oyundan öncə İtaliyada keçrilən mətbuat konfransında komandanın futbolçusu Əfran İsmayılov da öz fikirlərini bildirib:

“Rəqibimiz çox güclüdü. Biz də xal qazanmaq üçün bura gəlmişik. Baş məşqçimizin verdiyi tapşırıqları düzgün yerinə yetirsək, sərfəli nəticə qazana bilərik. Biz də bunun üçün meydana çıxacağıq. Ümid edirəm, ən azı bir xalla azarkeşlərimizi sevindirəcəyik”.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər