İngiltərə Premyer Liqasının 5-ci turunda "Arsenal"la görüşdə (2:2) ciddi zədə alaraq uzun müddətə sıradan çıxan "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrinin durumuna bu gün aydınlıq gələcək.
Fanat.Az xəbər verir ki, bu barədə "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola tanınmış insayder Fabritsio Romanoya danışıb.
"Uzun müddət dünyanın ən yaxşı yarımmüdafiəçisi olmadan qalsanız, bu, böyük zərbədir. Ancaq problemin həllini tapmaq mənim borcumdur. Əvvəllər də əvəzedilməz sayılan oyunçum sıradan çıxıb və onu komanda şəklində əvəz etmişik. Necə ki, Kevin De Bröyne zədə səbəbindən uzun müddət bizə kömək etmədi.
Amma içimdə belə bir hiss var ki, Rodrinin yoxluğu gözlədiyimizdən az olacaq. Onun hansı növ əməliyyata ehtiyacı olduğunu öyrənmək üçün telefon zənglərini səbirsizliklə gözləyirik. Bu, yaxın 24 saat ərzində baş verəcək”.
"Mançester Siti" 5 turdan sonra topladığı 13 xalla liderdir.
Mirağa