"Bu xalı qazanc sayıram" - Qurban Qurbanov

"Bu xalı qazanc sayıram" - Qurban Qurbanov

"Kəpəz" - "Qarabağ" matçından sonra qonaqların baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablayıb. Fanat.Az xəbər verir ki, baş məşqçi baxımlı oyun sərgiləyə bilmədiklərini vurğulayıb: 

"Mübarizəli oyun oldu. Amma baxımlı futbol göstərə bilmədik. Futbolçular çox əziyyət çəkdilər. Buna baxmayaraq razı qaldım. Təxminən 15 min adam olardı. Bu yaxşı haldı. "Kəpəz"ə və Şahin müəllimə uğurlar arzulayıram.

Bu xalı qazanc sayıram. Hər itirilən xal rəqiblər üçün qazancdı. Meydançanın bu dərəcədə olacağını düşünmürdüm. Dünənki yağışlar meyançanı daha da pis vəziyyətə salmışdı. Proqramımızı belə tutmuşduq ki, 90 dəqiqə qarşılıqlı hücumlarla oynayaq. 

Arifdən razı qaldım. Səhvlər qaçılmazdı. Rəqibin futbolçuları fiziki cəhətdən yaxşı qaldılar. İnşallah İtaliyada yaxşı oyun göstərək. 

Ndlovun oyunundan razıyam. Sadəcə, bəxti gətirmədi, qol vura bilərdi, top dirəyə dəydi. Qarşıda ağır oyunlar gözləyir bizi. Futbolçulara istirahət imkanı yaradacam".(sport7.az)

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər