"Bu cütün favoriti yoxdur" - Bernardu Silva

"Bu cütün favoriti yoxdur" - Bernardu Silva

Almaniyada təşkil edilən futbol üzrə Avropa çempionatının 1/4 finalında bu gün Fransa millisi ilə qarşılaşacaq Portuqaliya seçməsinin yarımmüdafiəçisi Bernardu Silva fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, UEFA-nın mətbuat xidməti onun sözlərini belə çatdırıb:

"Portuqaliya və Fransa arasında oyunun favoriti yoxdur. Hər ikisi meydanda ortaya fərq qoya biləcək möhtəşəm futbolçulara malik iki yığmadır. Tərəflərin hərəsinin öz oyun üslubu var və hər iki milli Avropa çempionu olmağı hədəfləyib. Qısası, bu cütün favoriti yoxdur".

Qeyd edək ki, Portuqaliya - Fransa qarşılaşması Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər