"Boavişta" uduzdu, bizimkilərdən nə xəbər?

"Boavişta" uduzdu, bizimkilərdən nə xəbər?

Portuqaliya Premyer Liqasında XXVII turun oyunları keçirilir. Fanat.Az xəbər verir ki, Kamran Ağayevlə Emin Mahmudovun komandası – “Boavişta” “Rio Ave”ni qəbul edib.

 

Oyun qonaqların minimal hesablı qələbəsiylə başa çatıb. Kamranın adı iştirak ərizəsinə salınmayıbsa, oyuna ehtiyatda başlayan Emin 84-cü dəqiqədə forma şansı qazanıb.

 

“Damalılar” 34 xalla turnir cədvəlinin 9-cu pilləsindədi.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər