"Qarabağ"a 0:5 hesabı ilə yenilən "Samtredia"nın baş məşqçisi Georgi Tsetsadze mətbuat konfransı keçirib. Fanat.Az xəbər verir ki, gürcü mütəxəssis oyunu şərh edib.
- Oyundan əvvəl "Qarabağ"ı uda biləcəyini demişdi...
- Oyundan əvvəl hamının şansı olur. Ümidimizi itirməmişik. Hələ də şansımızı saxlayırıq
- Hakimliklə bağlı nə deyə bilərsiz?
- Bu haqda müzakirə etmək istəmirəm. Oyunun təkrarına baxandan sonra qərar verəcəyik.
- Birinci penaltidə hakimin səhvi vardı?
- Biz hakimə görə deyil, özümüz uduzduq. Günah bizdədi. Analiz edib səhvlərimizi tapmağa çalışacağıq.
- Deyəsən "Qarabağ"ın bu heyətlə meydana çıxacağını gözləmirdiz. Başqa planlarınız vardı...
- Əvvəlcədən təxmin edirdik ki, "Qarabağ" bu heyətlə oynayacaq. Ona görə də təəccüblü deyil.
- Ötən il "Qəbələ" indi də "Qarabağ" 5 qol vurdu. Bakını uğursuz şəhər adlandırmaq olar?
- Fikrimcə, Azərbaycanda futbol daha üstündü.
Fanat.Az