"Biz də məhz bunu istəyirik" - Daniel Olmo

"Biz də məhz bunu istəyirik" - Daniel Olmo

İspaniya millisinin hücumçusu Daniel Olmo Almaniyada təşkil edilən Avropa çempionatının final oyunundan - İngiltərəyə qarşı keçirəcəkləri matçdan danışıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Marca" belə çatdırıb: 

"Almaniya ilə oyun asan keçmədi, Fransa ilə də həmçinin. İndi finaldayıq və 12 ildən sonra yenidən Avropa çempionu olmaq şansımız var. Biz də məhz bunu istəyirik. Yalnız final barədə düşünürük". 

Qeyd edək ki, İspaniya - İngiltərə görüşü iyulun 14-də reallaşacaq. Final matçının start fiti Bakı vaxtı ilə 23:00-da səsləndiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər