Premyer Liqanın VI turu çərçivəsində baş tutan AZAL - "İnter" matçından sonra qonaqların baş məşqçisi Zaur Svanadzenin mətbuat konfransı keçirilib. Gürcü məşqçi qələbəni şərh edərək, sualları cavablayıb:
"Mürəkkəb oyun olmasına baxmayaraq nəzarət etdik. Birinci hissədə rəqibin o qədər də təhlükəli qol vəziyyətləri olmadı. Ancaq ikinci hissədə təəsssüf doğuran qol buraxdıq. Buna baxmayaraq toparlanıb daha ikiqol vurduq. Ona görə də futbolçuların hamısına təşəkkürümü bildirdim. İndi isə qarşıdan gələn "Zirə" ilə oyuna hazıraşmağa başlayacağıq. Hələ ki, başlanğıcdayıq. Qarşıda uzun yol var. Heyətdə ciddi zədəlilər olmasa müəyyən mənada mübarizə apara bilərik".
Svanadze yığmamızın üzvü Rauf Əliyevin də durumuna toxunub: "Rauf optimal formadadı. Hər oyun "artırır". Belə davam etsə yəqin ki, yığmaya da çağırılacaq". (sport7.az)
Fanat.Az