Dortmund "Borussiya"sı Osman Dembeleyə görə "Barselona"dan 150 milyon avro istəyib. Fanat.Az "The Guardian" (Qardian) nəşrinə istinadən xəbər verir ki, çərşənbə axşamı Kataloniya klubu transfer danışıqlarının davamı üçün Almaniyaya nümayəndə heyəti göndərib.
Transfer pəncərəsi bağlanana qədər 20 yaşlı hücumçunun yerinə başqasını tapa bilməyəcəyindən ehtiyatlanan dortmundlular isə 150 milyon kompensasiya istəyərək "Barsa"lıları məyus edib. Usmana PSJ-yə keçən Neymarın əvəzləyicisi gözüylə baxan İspaniya nəhənginin hansı addımı atacağı bilinmir.
"Arılar"ın Dembeleni ötən yay Fransanın "Renn"klubundan 15 milyon avroya aldığını vurğulayaq. Gənc hücumçu Bundesliqada keçirdiyi 32 oyunda 6 qol vurmağa imkan tapıb.
Fanat.Az