"Barsa" forvardını yola salır- hara keçir?

"Barsa" forvardını yola salır- hara keçir?

“Barselona”nın hücumçusu Pako Alkaser Fransaya yollanır. Fanat.Az “France Football”a istinadən xəbər verir ki, onu “Monako” transfer edəcək.

Knyazlıq klubunun rəhbərliyi Alkaserə sıralarını tərk etməyə hazırlaşan Kilian Mbappenin layiqli əvəzləyicisi gözüylə baxır. Artıq tərəflər arasında ilkin razılıq əldə olunub.

 

Xatırladaq ki, Alkaser “Barsa”ya yayda “Valensiya”dan gəlmişdi. Ötən müddət ərzində Kataloniya təmsilçisinin futbolkasıyla 24 oyuna çıxan forvard 5 qol vurub, 3 məhsuldar ötürməylə yadda qalıb.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər