"Bacardığımızı ortaya qoyduq, amma..." -Draqan Stoykoviç

"Bacardığımızı ortaya qoyduq, amma..." -Draqan Stoykoviç

Serbiya millisinin baş məşqçisi Draqan Stoykoviç Avropa çempionatının qrup mərhələsinin 3-cü turunda Danimarkaya qarşı keçirdikləri oyundan (0:0) sonra fikirlərini bölüşüb.

Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis mətbuat konfransında belə danışıb:

"Qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Qol vurmaq üçün fürsət axtarırdıq. Danimarka həqiqətən güclü komandadır. Oyun çox gərgin keçdi, bizim üçün asan olmadı. Cəsarətli futbol oynadıq və bacardığımızı ortaya qoyduq. Amma bəzən nəticə üçün bu, kifayət etmir”.

Qeyd edək ki, Serbiya C qrupundakı mübarizəni sonuncu pillədə başa vurub. Danimarka isə ikinci yeri tutaraq 1/8 finala yüksəlib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər