UEFA "AVRO-2016"nın oyunlarını idarə edəcək hakimlərin adlarını açıqlayıb. Fanat.az xəbər verir ki, ümumilikdə 24 ölkədən 112 hakim Fransada iş başında olacaq.
UEFA qitə birinciliyini idarə etmək üçün 18 baş hakimə dəvət göndərib. Onlar 17 ölkəni təmsil edir. Yalnız İngiltərə "AVRO-2016"da iki hakimlər briqadası ilə təmsil olunacaq.
Qardaş Türkiyədən Cüneyt Çakır da iş başında olacaq. Onunla yanaşı, Türkiyədən Tarık Ongün, Mustafa Emre Eyisoy, Hüseyn Göçek və Barış Şimşek də qitə çempionatına təyinat alıb.
Hakimlərin tam siyahısını görmək üçün tıkla
Fanat.az