"AVRO-2016": İslandiya prezidenti azarkeşlərlə eyni tribunada

"AVRO-2016": İslandiya prezidenti azarkeşlərlə eyni tribunada

İslandiya millisinin "AVRO-2016"da uğurlu çıxış etməsi bu ölkənin yeni seçilən prezidenti Qudni Yohanessonu da coşdurub. Fanat.az xəbər verir ki, ölkə başçısı Frsanaya yollanaraq meydan sahibləri ilə 1/4 final matçını canlı izləyəcək.

Amma o, xüsusi qonaqlar üçün təyin edilmiş VİP sektorda əyləşməyəcək. Belə ki, Yohanesson komandasını azarkeşlərin əyləşdiyi tribunadan dəstəkləyəcək. 

Məsələ ilə bağlı açıqlama verən ölkə başçısı bunları deyib: "Niyə VİP otağında oturub, şampanla başımı qatmalıyam? Bunu dünyanın istənilən nöqtəsində edə bilərəm də. Mən öz azarkeşlərimizlə birlikdə tribunada olacam. Əynimdə də İslandiya yığmasının futbolkası. Rəqibimizə gəlincə isə Fransa yığması bizim komandanı düzgün qiymətləndirib, ciddi yanaşmalıdı”.

 

Qeyd edək ki, Fransa – İslandiya oyunu sabah keçiriləcək.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər