"Aquero yerindən qalxa, evdə gəzə də bilmir"- MİLLİNİN HƏKİMİ

"Aquero yerindən qalxa, evdə gəzə də bilmir"- MİLLİNİN HƏKİMİ

Serxio Aquero 6 həftə məşq etməyəcək. Fanat.Az xəbər verir ki, informasiyanı "TyC Sports"un əməkdaşları Argentina yığmasının həkimi Donato Villanidən alıb.

Villaninin açıqlaması belədi: "O, dünya çempionatının seçmə mərhələsinin vacib oyunlarında yığmaya kömək etmək üçün səbirsizlənirdi. Təəssüf ki, indiki durumda millidə olması qeyri-mümkündü. O, heç yerindən qalxa, evdə gəzə də bilmir. Ən yaxşı halda, 6 həfətədən sonra normal qaydada məşq edəcək".

Qeyd edək ki, kolumbiyalı ifaçı Malumanın konsertinə baxmaq üçün Amsterdama yollanan və geri qayıdarkən taksidə qəzaya uğrayan forvardın qabırğası sınıb. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər