"Məncə, Alison Beker son bir neçə ildə dünyanın ən yaxşı qapıçısıdır".
Fanat.Az xəbər verir ki, bu sözləri "Liverpul"un qapıçılarla iş üzrə sabiq məşqçisi Con Axterberq deyib.
Hazırda Stiven Cerrardın çalışdırdığı "Əl-İttifaq"da işləyən Axterberqin braziliyalı qolkiper haqda sözlərini "This is Anfield" belə çatdırıb: "Mən onun ən yaxşı olduğunu indi rahatlıqla deyə bilərəm. Çünki artıq Alisonun məşqçisi olmasam da, necə oynadığını görürəm. Bekerin son iki ildə Yaşin adına mükafatı qazanmağa namizədlər arasında olmaması ona qarşı hörmətsizlikdir. Siyahını kimin tərtib etdiyini bilmirəm, ancaq dəqiq olan budur ki, onların qapıçıların oyunundan başları çıxmır".
Xatırladaq ki, Alison ilin ən yaxşı qapıçısına təqdim edilən Lev Yaşin mükafatına 2019-cu ildə sahib çıxıb.
Nihat