Topaz Premyer Liqasının XXIX turunda keçirilən "Qarabağ" - "Kəpəz" matçında ağdamlılar 4:0 hesabı ilə qələbə qazanıb. Famat.az xəbər verir ki, "atlılar"ın baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini səsləndirib:
"Düşünürəm ki, bu gün 3 xalı əldə etməyə istəkli idik. Bunu da əldə etdik. Son 4 oyunun qalibiyik. Futbolçular nəticə üçün oynamağı baardı. Çox yaxşı oynadılar. Rəqibin sürətli hücumlarının qarşısını ala bildik. Stadionda həqiqətən də möhtəşəmn futbol ab-havası var idi. Əsgərlərimizi unutmadıq. Layiqli qələbə qazandıq".
- "Qarabağ"a potensial namizəd gözü ilə baxanda adam sevinir. Çünki yaxşı formadadı. Ancaq üzülürük ki, çempionatdakı rəqiblər zəifləyib. Bu, sizi narahat etmir ki?
- Açığı, daha çox öz oyunumuz barədə düşünürəm. İkinci hissə bizim üçün daha asan görünür. Futbolçularıma ilk hissədə daha çox topla oynamağı tapşırmışdım. Bu da rəqibə çətinlik yaratdı. Hər oyun istərdim ki, bizim üçün ağır olsun. Amma bu o demək deyil ki, bizdə hər şey idealdı. Avrokuboklara hələ çox var.
- Namiq Ələsgərov "Kəpəz"də pis oynamır. Gələcəyi ilə bağlı nə düşünürsüz?
- 6 aylıq icarəyə vermişik. Yayda bizim oyunçudu.
- Şahin Diniyev "Qarabağ"ın "Kəpəz"ə dərs keçdiyini dedi. Bəs, siz necə düşünürsüz?
- Bu, sadəcə bir oyundu. Futbolun öz tələbləri var. Ola bilər ki, bu, bizdə daha yaxşı alındı. Çalışıram ki, belə şeylərdən uzaq olaq.
- Mahir Mədətov "Sumqayıt"la kubok matçında qol vurduqdan sonra bunu ulduz futbolçu kimi bayram etməsi sizin də narazılığınıza səbəb olmuşdu. Sanki indi onun gözünün odunu almısız. Müsahibə verəndə də "Qurban müəllimdən icazə alaq, sonra danışım" dedi...
- Yaxşı futbolçu olmaq üçün başqa çıxış yolu yoxdu. İlk hissədə yenə etirazlarım var idi. Futbolda hər şey olur. Gənc futbolçunun düşüncələri oyunda olmalıdı.
- Bu gün stadionda həqiqətən də möhtəşəm atmosfer var idi. Dövlət bayrağımızla bəzədilmiş arena, himnimizin səsləndirilməsi, hərbi orkseter və s. Özünüzü bölük komandiri kimi hiss etmədiniz?
- Biz daima özümüzü cəbhədə hiss edirik. Sadəcə, istəsək də bu, alınmır. Bizim hazırda əsgərlərə köməyimiz onlara mane olmamaqdı. Hazırda hərə üzərinə düşən vəzifəni yerinə yetirməlidi. Ali baş komandan əmr verərsə, buna tabe olmalıyıq. Bu məsuliyyətimi hamımız hiss edirik.
Fanat.az