“Baş katib Elxan Məmmədov bizə hər şeyin yaxşı olacağını, gecikən maaşları da alacağımızı deyib. Oynayırıq, mübarizə aparırıq. Amma, qeyri-müəyyənlik davam edir”. Bu sözləri Fanat.Az-a açıqlamasında “İnter”in kapitanı Nizami Hacıyev deyib.
Nizami başqa kluba keçmək ehtimalından və qazancından da söz açıb: “Mən çox pul dalınca qaçmıram. İstəyərəm ki, “İnter” dağılmasın, burda top qovum. Kapitanam, qoluma sarğı taxıb komandanı oyunlara çıxarmağı həmişə arzulamışam. Əslində komanda uğurlu çıxış edəndə futbolçuların maaşlarını artırmalıdılar. Ancaq mən onu da istəmirəm. Eyni pulu versələr, bəs edər. Təbii ki, maddi sıxıntı ciddiləşsə, heyəti qorumaq mümkün olmayacaq. Səmimi deyəcəm, ilk 3 yerdən birini tutmasaq, vəziyyət qəlizləşəcək”.
Fanat.Az