"Abramoviç oynayacağımı desə də, ona inanmadım"

"Abramoviç oynayacağımı desə də, ona inanmadım"

"Roman Abramoviç məndən "Çelsi"də qalmağı xahiş etdi. Oynayacağımı desə də, ona inanmadım".

Fanat.Az xəbər verir ki, bu sözləri "RB Sport"a açıqlamasında "Çelsi"nin sabiq yarımmüdafiəçisi Yuri Jirkov deyib.

Jirkov London təmsilçisindən getməmişdən öncə klubun ovaxtkı sahibi - rusiyalı milyarder Roman Abramoviçlə görüşdüyünü bildirib:

"İngiltərədə həyatımla bağlı çətinliklər var idi. Getməmişdən öncə Abramoviçlə görüşüb söhbət etdik. Ola bilsin ki, əbəs yerə ona qulaq asmamışam. İndi yuxusuz gecələrdə həmin qərar haqda düşünürəm (gülür). Amma nə olubsa, artıq geridə qalıb".

Xatırladaq ki, Jirkov 2009-2011-ci illər aralığında "zadəganlar"ın formasını geyinib. İngiltərə nəhəngində 49 oyun keçirən Yuri 1 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. O, "Çelsi" ilə İngiltərə Kubokunun, İngiltərə Superkubokunun və Premyer Liqanın qalibi olub.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər