"Azərbaycan "Formula 1" yarışının keçirilməsi üçün 10 illik müqavilə bağlayıb. Yarışlar 5 il keçirilməlidi". Bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir bildirib ki, Azərbaycan 5 il ərzində qərar versə ki, bu yarış keçirilməsin, onda ölkə cərimə olunmalıdır. Azad Rəhimov deyib ki, 10 illik müqavilənin növbəti 5 ilində isə Azərbaycan öz istəyinə əsasən yarışı ya keçirə, ya da dayandıra bilər: "Ancaq ilk 5 ildə keçirilməlidi. Hazırda yarışın büdcəsi 12 milyon dollardı. Bu yarışın büdcəsi hər il ödənən haqq və təşkilatı xərclərdən ibarətdi, bunun da açıqlaması olacaq. Heç nə gizli qalmayacaq".
Fanat.az