"3:0 hesablı qələbə qazanacağımıza inanmırdıq"

"3:0 hesablı qələbə qazanacağımıza inanmırdıq"

"Açığı, oyundan öncə 3:0 hesablı qələbə qazanacağımıza özümüz də inanmırdıq. Top buraxmadan qalib gəlsək də, arxayınlaşmamalıyıq". Bu sözləri Fanat.Az-a açıqlamasında "İnter"in qapıçısı Səlahət Ağayev deyib.

"Neftçi"yə transfer olunmasına rəğmən, Avroliqada sabiq "bankirlər"ə kömək edən qolkiper cavab oyununa yaxşı hazırlaşmağın vacibliyini vurğulayıb:

"Birinci qolu vurana qədər rəqib daha yaxşı təsir bağışlayırdı. Gördüyünüz kimi, bir neçə qol vəziyyəti də yaratdılar. Cavab oyununun asan keçəcəyini düşünmürəm. Çünki serblərin itiriləcək bir şeyi qalmayıb. Oyunu düzgün qurmalı, evdə də qol vurmalıyıq. Əlbəttə, mərhələ adlamaq şansımız çoxdu. Şansımızdan arxayınlaşmadan yararlanmalıyıq. Qələbə futbolçulara özünəinam verib. Uğurlu başlanğıcın ardı gəlməlidi. 3:0 hesabı birliyin, kollektiv oyunun nəticəsidi".

Səlahət azarkeşlərə səslənməyi də unutmayıb: "Dalğa Arena"da oynayacağıq. Azarkeş dəstəyinə ehtiyac var. Bütün futbolsevərləri "İnter"in adından stadiona səsləyirəm".

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər