Yunanıstan Superliqasında 23-cü turun oyunları keçirilir. Fanat.Az xəbər verir ki, “Sumqayıt”ı bu qış AEL-ə dəyişən Amit Quluzadənin komandası öz meydanında “Qiannina”yla bərabərə qalıb – 1:1.
Quluzadənin adı “18-liy”ə salınsa da, oyunu sonadək kənardan izləyib.
Hazırda AEL 21 xalla 12-ci pillədədi.
Fanat.Az