“Sumqayıt”ı Yunanıstan Super Liqasında mübarizə aparan AEL-ə dəyişən Amit Quluzadənin müqavilə şərtləri futbolsevərləri maraqlandırmaya bilməz. Fanat.Az-ın əldə etdiyi məlumata görə tibbi baxışdan uğurla keçən Quluzadə qarşıdakı həftənin ilk yarısında rəsmi müqaviləyə qol çəkəcək.
Futbolçunun azı ilyarımlıq anlaşma imzalaması planlaşdırılır. Bu gün komandasının “Platanias”la səfər oyununa tribunadan baxacaq yarımmüdafiəçi ardından məşqlərə qatılacaq.
Fanat.Az