Qubernator razılıq verdi: "US Open" planlaşdırıldığı tarixdə keçiriləcək

Qubernator razılıq verdi: "US Open" planlaşdırıldığı tarixdə keçiriləcək
ABŞ-ın Nyu-York ştatının qubernatoru Endryu Kuomu tennis üzrə "Böyük dəbilqə" seriyalı "US Open" turnirinin planlaşdırıldığı tarixdə keçiriləcəyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Kuomo "Twitter" hesabında yazıb: "ABŞ Tennis Assosiasiyası oyunçuları və turnir əməkdaşlarını qorumaq üçün mümkün olan bütün tədbirləri görəcək. Bura testdən keçirilmə, əlavə təmizlik işlərinin görülməsi, əlavə paltardəyişmə otaqlarının ayrılması, məskunlaşma və nəqliyyatla bağlı məsələlər aiddi".
"US Open" 31 avqust - 13 sentyabr tarixləri aralığında Nyu-Yorkda keçirilməlidi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər