Qrossmeysterimiz Qran-Pridə liderlər qrupunda

Qrossmeysterimiz Qran-Pridə liderlər qrupunda

Rumıniyada şahmat üzrə Qran-Pri turniri davam edir.

Fanat.Az xəbər verir ki, turnirin üçüncü turunda Azərbaycan şahmatçılarından Ülvi Sadıqov rumıniyalı Mihaela Sandunu məğlub edib, Misrətdin İsgəndərov isə litvalı Titas Stremavicius ilə heç-heçə edib.

Bu nəticələrdən sonra M.İsgəndərov 2,5 xalla turnir cədvəlinin 4-cü, Ü.Sadıqov isə 2 xalla 9-cu pilləsində qərarlaşıb.

Qeyd edək ki, doqquz turdan ibarət olacaq yarış oktyabrın 23-dək davam edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər